“Şelbrun” - “Qarabağ” oyununun biletləri satılıb

15:23 20.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Şelbrun” (Shelbourne) - “Qarabağ” matçı üçün bütün biletlər satılıb.

Hafta.az xəbər verir ki, bu haqda İrlandiya klubunun yaydığı açıqlamada bildirilib.

Biletlər bir gün ərzində satılıb. Paytaxt Dublində yerləşən “Tolka Park” arenasının 6 minə yaxın tamaşaçı tutumu var.

Qeyd edək ki, “Şelbrun” - “Qarabağ” oyunu iyulun 23-də keçiriləcək. Cavab görüşü isə iyulun 30-da Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.