Şəmkirdə baş verən qəzada 3 nəfər xəsarət alıb

17:37 15.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Sərxan kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" ilə "VAZ 2106" markalı minik maşınları toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.