Şəmkirdə dönərdən zəhərlənən uşaqların SON DURUMU

11:44 14.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

TƏBİB Şəmkirdə dönərdən kütləvi zəhər+lənmə ilə bağlı məlumat yayıb.

TƏBİB-dən hafta.az-a verilən məlumata görə, fevralın 12-də Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə qida zəhərlənməsi şübhəsi ilə 4 müraciət, fevralın 13-də isə 5 müraciət daxil olmaqla ümumilikdə 9 nəfər gətirilib.

Qeyd olunub ki, onların hər biri 3-11 yaş arasında azyaşlılardır (4 qadın cinsli, 5 kişi cinsli olmaqla) və hər birinə zəruri tibbi xidmətlər göstərilərək, ambulator müalicə üçün evə buraxılıb, vəziyyətləri qənaətbəxşdir.