Separatçı rejim rəhbəri Ter-Petrosyanla Qarabağın “status”nu müzakirə etdi

16:36 21.09.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bu gün - sentyabrın 21-də Azərbaycanın Qarabağ torpağındakı separatçı-terrorçu bandanın başçısı Araik Arutyunyan  İrəvanda Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanı ziyarət edib.

Hafta.az xəbər verir ki, bu haqda “ArmenianReport” məlumat yayıb.

Rusiya hərbi kontingentinin sayəsində  Laçın dəhlizindən Ermənistana sərbəst gedib-gələn A. Arutyunyanın Levon Ter-Petrosyanı ziyarət etməsindən əsas məqsəd birinci prezidenti Ermənistanın müstəqilliyinin 30-cu ildönümü və müstəqillik günü münasibətilə təbrik etmək olub.

Görüş zamanı Qarabağdakı vəziyyət və oradakı erməni rejiminin “beynəlxalq statusunun aydınlaşdırılması ilə” bağlı məsələlər müzakirə edilib.