Separatçı rejim rəhbəri Tərtər rayonunun Ağdərə şəhərində "müşavirə keçirdi"

10:24 04.08.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasının bir hissəsində müvəqqəti olaraq yerləşmiş Rusiyanın sülməramlı sayılan hərbi kontingentinin himayəsində  tör-töküntüləri hələ də qalan  separatçı-terrorçu erməni rejiminin oyuncaq rəhbəri Araik Arutyunyan Ağdərə şəhərində olub.

Hafta.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı erməni nəşrləri məlumat yayıb.

Məlumata görə, Azərbaycan Baş Prokurorluğu tərəfindən 2020-ci ilin oktyabrından axtarışa verilmiş A.Arutyunyan Ağdərədəki qanunsuz “icra nümayəndələri” və “icma rəhbərləri” ilə müşavirə keçirib. O, “Mardakert” adlandırdığı Ağdərəni qondarma rejim “ərazisi”ndə “gələcəkdə əhalisinin sayına görə ikinci şəhərə çevirmək” xülyasını ifadə edib.

Şəhərdəki tikinti işləri ilə tanış olan Araik yaxın vaxtlarda Ağdərədəki ermənilər üçün 500 yeni mənzilin istifadəyə veriləcəyini bildirib.

Xatırladaq ki, sovet dövründə, yəni 1991-ci ilədək keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibindəki  “Mardakert rayonu”nun eyniadlı mərkəzi olmuş Ağdərə şəhəri -1992-ci ildən bəri  Azərbaycan dövləti tərəfindən rəsmən Tərtər rayonunun ərazisinə daxil edilib.

Oxunma sayı 447
Siyasət rubrikasından digər xəbərlər