Sərhəddən iki PUA keçirmək istədi – yaxalandı

20:09 11.03.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Kişinyov beynəlxalq hava limanında əməkdaşlar İstanbul - Kişinyov marşrutu üzrə sərnişinlərin baqajlarını xüsusi nəzarətdən keçiriblər.

Hafta.az-ın "TSN"-ə istinadla yaydığı məlumatda qeyd olunur ki, yoxlama nəticəsində sərnişinin baqajından "DJI Mavic 3" modelinə aid iki bəyan edilməmiş dron aşkar edilib. Saxlanılan vətəndaşın 30 yaşlı ukraynalı olduğu bildirilib.

Dron kişidən müsadirə olunub, indi o, cərimələnmək riski ilə üzləşib.

Xatırladılır ki, ABŞ Maliyyə Nazirliyi İranı hərbi pilotsuz uçan aparatların, o cümlədən "Şahed-136" PUA-nın hissələri  ilə təchiz edən Çin şirkətlərinə qarşı sanksiya tətbiq etdiyini bildirib.