Sərhədi pozan Nepal vətəndaşları saxlanılıb - FOTO

13:06 08.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

May ayının 6-da saat 21:59-da Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 10 Nepal vətəndaşı saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən hafta.az-a verilən məlumata görə, aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qanunsuz yolla keçmələrinə bələdçilik edən Azərbaycan vətəndaşları Nadirli Xalid Teymur oğlu və Ağayev Tural Teymur oğlu müəyyən edilərək istintaqa cəlb edilib.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.