Qarabağın dağlıq hissəsində ləğv edilmiş gorbagor(!) sepratçı-terrorçu rejimin hazırda İrəvana sığınmış sonuncu rəhbər Samvel Şahramanyan bir neçə gün əvvəl “şəhərsalma nazirliyi”nin keçmiş rəhbəri Aram Sərkisyanı "artsax"ın “dövlət naziri” təyin edib.
Hafta.az xəbər verir ki, "Johovurd" bu haqda "artsax" mənbələrinə istinadla məlumat yayıb.
Nəşr xatırladıb ki, indiyədək bu vəzifəni kriminal xuntanın sabiq “prezident”i Arayik Arutyunyanın əmisi oğlu Artur Arutyunyan tutub. Qəzetin yazdığına görə, Arutyunyan öz istəyi ilə istefa məktubu yazıb. O, bu vəzifəyə 2023-cü ilin sentyabrında təyin edilib.
O da xatırladılır ki, “artsax” rejimi sentyabrın 20-də Azərbaycan ordusunun 19 sentyabr əməliyyatından sonra Rusiya “sülhməramlı”larının atəşkəs və “müdafiə ordusu”nun ləğvi və tam tərksilah edilməsi təklifini qəbul edib. Sentyabrın 28-də “artsax” rəhbəri S.Şahramanyan 2024-cü il yanvarın 1-dək qondarma rejimin bütün qurum və təşkilatlarının ləğvi və bundan sonra “artsax” “respublikası”nın mövcudluğunu dayandıracağı haqda “fərman” imzalayıb. Ancaq yanvarın 10-da “Hraparak” məlumat verib ki, S.Şahramanyan “respublika”nın buraxılması haqqında “fərman”ı ləğv edib...