Sərxoş qadın taksi sürücüsündən onu döyməsini tələb etdi

19:21 27.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Krasnoyarskda sərxoş sərnişin taksidən düşməkdən imtina edərək sürücüdən onu vurmasını tələb edib. Hafta.az bildirir ki, bu barədə REN TV məlumat yayıb.

Mənbənin sözlərinə görə, həmin axşam rusiyalı qadın rəfiqəsi ilə məclisdən qayıdırmış. Sürücü onları təyin olunmuş yerə çatdıranda qız maşını tərk etməkdən imtina etməyə başlayıb. Rus qadın taksi sürücüsünün avtomobili tərk etmək tələbini rədd edib: “Mən getməyəcəyəm. Vur məni!".

Bir müddət sonra yol yoldaşı qadını maşından düşərək evə getməyə razı sala bilib.