Səs verməyə gələn seçici məntəqədə ÖLDÜ

09:42 08.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 7-də Kürdəmir rayonunda növbədənkənar prezident seçkilərində səs vermək üçün gələn vətəndaş məntəqədə ölüb.

Hafta.az xəbər verir ki, rayonun Carlı kənd sakini, ürək xəstəliyindən əziyyət çəkən, 1955-ci il təvəllüdlü İsmayıl Süleymanov Carlı kənd orta məktəbinin binasında yerləşən 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsinin 63 saylı seçki məntəqəsində səs vermək üçün gəldiyi vaxt məntəqədə ölüb.

 

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.