Səudiyyə Ərəbistanında bir çoxları dünən gecə yarısı biri qadın olmaqla, iki səudiyyəlinin də daxil olduğu qrupun Beynəlxalq Kosmik Stansiyaya yola düşməsini “tarixi an” adlandırıb. AX-2 missiyası çərçivəsində ksmosa uçan ilk Səudiyyə astronavtları Reyyane Bernavi və Əli əl-Karnini daşıyan “Falcon 9” raketi dünən Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən buraxılıb.
Hafta.az-ın yazdığına görə, beş övladı ilə bu tarixi anları seyr edən Səudiyyə vətəndaşı Cevhər əs-Sebhan AFP-yə deyib: “Ümumiyyətlə kosmosu və kəşfləri sevirəm. Övladlarımın kosmos səyahətlərinin təfərrüatları və kəşfinin faydaları haqqında bilməsini çox istərdim".
34 yaşlı Sebhan, "Övladlarımın onlarda vətənpərvərlik hisslərinin güclənməsi üçün bu tarixi anı izləməsini çox sevirdim" deyib.
Səudiyyəlilər Amerikanın SpaceX şirkətinin təşkil etdiyi buraxılış mərasiminin canlı yayımını göstərən böyük ekran qarşısında tarixi anları izləyiblər. Açılış mərasimində iştirak edənlər arasında çox sayda uşaq da olub.
Başlanğıc üçün gerisayım bitən kimi aparıcı “Səudiyyə Ərəbistanı kosmosa gedir” deyib. O zaman bir çox insan alqışlarla bu anı əbədiləşdirib.
"Bu, qeyri-mümkünə nail olmaq üçün millətin gələcəyini əks etdirən bir andır" deyib başqa bir Səudiyyə vətəndaş, 32 yaşlı Musaid Məhəmməd. O, hadisəni izləyicilər arasında böyük bir arzunun reallaşması kimi təsvir edib.
Qeyd edək ki, Krallıqda 2018-ci ildə Səudiyyə Ərəbistanı Kosmik Agentliyini təsis edilib və ötən il kosmosa astronavt göndərmək üçün proqrama start verib.
Dünən axşam Şahzadə Sultan Səudiyyə Ərəbistanı Kosmik Agentliyinin keçirdiyi toplantıda iştirak edib.
AFP-yə danışan Şahzadə Sultan, “Tarixi bir anın şahidi oluruq. İllər əvvəl kosmosdakı təcrübəm haqqında düşünürəm və Səudiyyə Ərəbistanının kosmosa qayıtmasından xoşbəxtəm. Allahın lütfü ilə bu, hələ başlanğıcdır” deyib.
Səudiyyə astronavtlarının fotoşəkili Ər-Riyadda reklam lövhələrini bəzəyib.
Kosmik missiyanın ekipajına AX-2 missiyasının keçmiş NASA astronavtı Peggi Uitson və əvvəllər üç dəfə kosmosa getmiş astronavt Con Şofner daxildir.
10 günlük missiya üçün astronavtların ISS-ə səyahəti 16 saat çəkəcək. Səudiyyə Ərəbistanı Kosmik Təşkilatının baş direktoru Məhəmməd bin Səud ət-Tamimi ölkəsinin 3 astronavt göndərərək kosmosu kəşf edən ilk ərəb ölkəsi olduğuna diqqət çəkib.
Xatırladaq ki, xanım astronavt Bernavi həftənin kosmosa səfərdən öncə keçirilən mətbuat konfransında "İlk səudiyyəli qadın astronavt olmaq mənim üçün böyük şərəfdir. Ölkəmi, onun arzularını təmsil etmək mənim üçün əla fürsətdir” bildirmiş, astronavt həmkarı Abdullah Uteybi isə “Növbəti addım Allahın izni ilə aya uçmaq olacaq” demişdi.