Yazını böyüt
Yazını kiçilt
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə iyulun 14-də Anqola Respublikasına səfərə yola düşür.
Hafta.az xəbər verir ki, bu barədə QMİ-nin Mətbuat xidmətinin məlumatında qeyd edilib.
Bildirilib ki, A.Paşazadə BMT Baş Katibinin müavini, Sivilizasiyalar Alyansının xüsusi nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə “Sülhə çağırış, müharibələrə son qoyulması və beynəlxalq hüquqa hörmət” təşəbbüsü çərçivəsində iyulun 16-17-də Anqolanın Luanda şəhərində keçiriləcək yüksəksəviyyəli dialoqda iştirak və çıxış edəcək.
Forum yüksəksəviyyəli dövlət və hökumət rəsmilərini, nüfuzlu dini liderləri, akademik dairələrin tanınmış nümayəndələrini, vətəndaş cəmiyyəti və media təmsilçilərini bir araya gətirəcək.