Ağır cinayətlər törətməkdə şübhəli bilinən 74 nəfər saxlanıldı

10:43 14.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə mütəşəkkil cinayətkar qruplaşmalara qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Hafta.az xəbər verir ki, İstanbul olmaqla 12 vilayətdə aparılan əməliyyat nəticəsində 74 şübhəli saxlanılıb.

Onların Türkiyə daxilində, eləcə də beynəlxalq səviyyədə qəsdən adam öldürmə, adam öldürməyə cəhd, ictimai təhlükəsizliyin qəsdən təhlükə altına salınması və əmlaka ziyan vurma kimi müxtəlif cinayətlərdə iştirak etdikləri müəyyən olunub.