Ər-arvad avtomobil qəzasında öldülər

14:28 14.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdərə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb.

Hafta.az xəbər verir ki, avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri - N.Əsgərov və həyat yoldaşı K.Əsgərova həyatını itirib.

Avtomobildə olan digər Kəlbəcər sakini M.İsmayılova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.