Şiddətli töhmət alan icra başçısı DANIŞDI

22:00 29.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Cənab Prezident həmişə haqlıdır, mənimlə bağlı qərarında da haqlıdır. Mənimlə bağlı sərəncamı da qəbul edirəm, başqa cür də ola bilməz”.

Hafta.az xəbər verir ki, bunu gununsesi.info-ya açıqlamasında Prezident İlham Əliyevin şiddətli töhmət verdiyi Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə deyib.

İcra başçısı bildirib ki, ölkə başçısının bu qərarından ciddi nəticə çıxaracaq:

“İş olan yerdə nöqsan da olur. Mən çalışacağam ki, bu nöqsanlardan nəticə çıxarım və cənab Prezidentin etimadını doğruldum”.