- Bakı şəhər inzibati ərazisində tikilməsi nəzərdə tutulan tikinti obyektləri ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, digər şəhər və rayonlarda tikilməsi nəzərdə tutulan tikinti obyektləri ilə bağlı yerli icra orqanlarına müraciət olunmalıdır. Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə Sifarişçi tikintiyə icazə üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə sorğu ilə tikintiyə icazə verən orqana müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətinə əsaslandırılmış cavab verilməlidir.
- Əcnəbilərə iş icazəsinin verilməsi üçün nə qədər dövlət rüsumu tələb olunur?
- Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
on iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:
3ayadək - 700 manat
6 ayadək - 900 manat;
1 ilədək - 1400 manat.
on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:
3 ayadək - 500 manat;
6 ayadək - 700 manat;
1 ilədək - 1200 manat.
iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:
3 ayadək - 350 manat;
6 ayadək - 600 manat;
1 ilədək - 1000 manat
***
- Torpağın ayrılması barədə rəy üçün kimə müraciət olunmalıdır?
- Azərbaycan Respublikası Prezidentinin 26.08.2018-ci il tarixli 274 nömrəli Fərmanında Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında məlumat göstərilmişdir. Fərmanın 1.2-ci maddəsinə əsasən, yerli icra hakimyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazisinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəyi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verir.
- Hansı hallarda şəxs işaxtaran kimi qeydiyyatdan müvəqqəti çıxarılır?
- Aşağıdakı hallarda şəxs işaxtaran kimi qeydiyyatdan müvəqqəti çıxarılır:
- hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə;
-barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə;
- işaxtaran kimi qeydiyyata alındığı tarixdən 2 (iki) il ərzində məşğulluq mərkəzi təklif etdiyi münasib işləri qəbul etmədikdə, 1 (bir) il müddətində.
QEYD: işaxtaran kimi qeydiyyatdan müvəqqəti çıxarılmış şəxslərin qeydiyyatı onların elektron müraciəti əsasında nəzərdə tutulan müddətlər bitdiyi halda, müraciət edildiyi gündən sonrakı ayın 1-dən bərpa edilir.
***
- İşləyən şəxslər peşə hazırlığı kurslarına cəlb oluna bilərmi?
- İşsiz şəxslərin, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ödənişsiz təşkil olunur.