Şimal axını 2-dən qaz sızması davam edir

18:12 03.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İsveçdə sahil mühafizəsi “Şimal axını 2” boru kəmərindən kiçik qaz sızması qeydə alıb. Hafta.az “İnterfaks”a istinadla bildirir ki, mühafizəçilərin sözlərinə görə, “Şimal axını-1”dən qaz sızmasını vizual olaraq müəyyən etmək mümkün deyil.

Qeyd olunur ki, bazar ertəsi səhər İsveç Sahil Mühafizəsi İsveç iqtisadi zonası daxilində sızmaların üzərindən keçib. "Həmin nöqtədə daha böyük sızma görünmürdü, kiçik sızma isə yenidən bir qədər artdı" bildirilib.

Sahil Mühafizəsinin məlumatına görə, “Şimal axını 2” sızmasının dəniz səthində diametri 30 metrə çatıb.

Oxunma sayı 1594