Yazını böyüt
Yazını kiçilt
KXDR martın 18-19-da keçirilən təlim zamanı nüvə başlığını imitasiya edən sınaq döyüş başlığının uğurlu idarə olunan partlamasını həyata keçirib. Bu barədə bazar ertəsi TsTAK agentliyi məlumat yayıb.
“Təlimlər düşmənin əsas obyektinə nüvə zərbəsini imitasiya edərək, işə salmaq üçün keçirilib. Raket nüvə başlığını simulyasiya edən sınaq döyüş başlığı ilə təchiz edilib. Taktiki ballistik raket, buraxılış yerindən 800 km məsafədə yerləşən Şərq dənizində (Yaponiya dənizi) nəzərdə tutulan hədəfdən 800 m yüksəklikdə dəqiq şəkildə partladılır. Nəticədə, nüvə başlığında quraşdırılacaq nüvə partlayışına nəzarət cihazları və qoruyucuların işləməsinin etibarlılığı bir daha təsdiqlənib”, - deyə məlumatda bildirilir.