Şirvan sakini qadın tərəfindən bıçaqlanıb

22:38 26.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şirvan şəhərində bıçaqlanma olub.

APA-nın  məlumatına görə, hadisə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən ərzaq mağazasının qarşısında baş verib.

Qeyri-rəsmi nigah halında yaşadığı qadın tərəfindən bıçaqlanan Şirvan sakini, 1977-ci il təvəllüdlü İbrahimov İbrahim Şahmurad oğlu Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. İçki məclisində yaranmış münaqişə nəticəsində Şəbnəm adlı qadın ona üz və boyun nahiyəsindən 3 bıçaq xəsarətləri yetirib. Arteriya damarı zədələnən yaralı çoxlu qan itirib.

Hazırda qadının saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.