Şirvan sakinlərindən külli miqdarda narkotik götürüldü

21:59 16.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bir qrup şirvan şəhər sakini narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının daxil olmuş məlumatlar əsasında birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakinləri E.Nuruşov və əvvəllər məhkum olunmuş A.Şirəliyev, S.Hacıyev və T.Quliyev saxlanılıb.

Şəxsi axtarış zamanı A.Şirəliyevdən 1 kiloqramdan artıq heroin, S.Hacıyevdən 450 qram, E.Nuruşovdan 480 qram, T.Quliyevdən isə 430 qram marixuana aşkar edilərək götürülüb.
Oxunma sayı 147