Şirvanda narkotik satan 4 nəfər saxlanılıb

11:21 27.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Ə.Alışov, C.Əhmədov, Ə.Heybətov və R.Dadaşova saxlanılıblar.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, həmin şəxslərdən müxtəlif çəkilərdə heroin, metamfetamin və marixuana aşkar edilərək götürülüb.

 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.