Siyahıya YAP liderlik edir

15:15 13.01.2010
Yazını böyüt
Yazını kiçilt
MƏrkƏzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində qalib gəlmiş namizədlərin partiya mənsubiyyəti və digər kriteriyalar üzrə statistik məlumatları açıqlayıb. MSK-nın mətbuat xidmətindən “Həftə içi“nə verilən məlumata görə, səsvermə nəticəsində 11.5591 bələdiyyə üzvü seçilib. Onların 4809-u fərdi qaydada, 77-si təşəbbüs qrupları, 10.705 nəfəri isə siyasi partiyalar tərəfindən namizədliyi irəli sürülənlərdir. MSK-nın açıqladığı statistik məlumatlara görə, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərdən 10.290-ı, Böyük Quruluş Partiyasının namizədlərindən 132-si, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədlərindən 81-i, Ana Vətən Partiyasının namizədlərindən 62-si, Vətəndaş Həmrəyliyi Partiyasının namizədlərindən 61-i, Ümid Partiyasının namizədlərindən 41-i, Azərbaycan Demokratik İslahatlar Partiyasının namizədlərindən 15-i, Vətəndaş Birliyi Partiyasının namizədlərindən 14-ü, Azərbaycan Sosial Rifah Partiyasının namizədlərindən 5-i, Müsavat Partiyasının namizədlərindən isə 4-ü seçkilərdə qalib gəlib. Partiya mənsubiyyətinə görə isə səsvermə nəticəsində YAP-ın 10.431, AVP-nin 214, BQP-nin 142, ASRP-nin 133, VHP-nin 115, BAXCP-nin 95, Ümid Partiyasının 43, Kommunist Partiyasının 25, DİP-in 18, AMİP-in 15, VBP-nin 14, Ədalət Partiyasının 13, MMP-nin 5, Müsavat Partiyasının 3, Demokratik Azərbaycan Dünyası Partiyasının 3, KXCP-nin 3, ADP-nin 2, Milli Vəhdət Partiyasının 2, AXCP-nin isə 1 üzvü bələdiyyə üzvü seçilib. Qeyd edək ki, seçkilərdə iştirak edən partiyaların bir sıra üzvləri seçkiyə öz təşəbbüsü ilə qatıldığından partiyanın namizədləri ilə partiya mənsubiyyəti kriteriyalarında fərqli rəqəmlər ortaya çıxır. Yeni seçilmiş bələdiyyə üzvlərinin 9979-u ali təhsilli, 2711-i orta ixtisas təhsilli, 2825-i orta, 76-sı natamam ali təhsillidir. Cinsi mənsubiyyətinə görə bələdiyyələrin yeni üzvlərinin 11.517-si kişi, 4074-ü qadındır. Yeni üzvlərin 4243-ü 21-30, 2615-i 31-40, 4781-i 41-50, 3293-ü 51-60 yaş qrupu arasında, 659-u isə 60 yaşdan yuxarıdır.

Əli Zülfüqaroğlu
Oxunma sayı