“ABŞ Prezidentinin təşbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistan Baş naziri Vaşinqtonda səfərdədir. Bu səfər regionda geosiyasi nizamının yeni mərhələyə keçməsi üçün mühümdür və tarixi görüş hesab oluna bilər”.
Bunu hafta.az-a siyasi şərhçi Məhəmməd Əsədullazadə Azərbaycan və Ermənistan dövlət başçılarının ABŞ səfəri, ikitərəfli görüşlə bağlı açıqlamasında deyib.
Ekspert ABŞ görüşündə iki dövlət arasında sülh müqaviləsinin paraflanması, Zəngəzur dəhlizinin açılması və Minsk qrupunun ləğv olunması ilə bağlı müəyyən bir razılaşmanın əldə olunma ehtimalını yüksək hesab edib. Onun fikrincə, hər halda liderlər Vaşinqtondan boş qayıtmayacaqlar:
“Prezidentin səfəri uğurlu olacaq. Siyasi iradə ortaya qoyulacaq, memorandum imzalanacaq. Amma yekun sülh sənədinin imzalanacağını gözləmirəm. Çünki bunun üçün Ermənistan Azərbaycanın iki haqlı tələbini yerinə yetirməlidir”.