Sloveniya iyunun 13-dək Fələstini tanıyacaq

11:20 10.05.2024 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Sloveniyanın baş naziri Robert Qolob, ölkəsinin iyunun ortalarına qədər Fələstini suveren dövlət kimi tanıyacağını və bunun üçün lazımi prosedura başladıqlarını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Sloveniya hökumətinin sosial media platformasında verdiyi açıqlamaya görə Qolob bildirib ki, Sloveniyanın Fələstini dövlət kimi tanıması tarixi sülh danışıqlarının gedişindən asılı olacaq və ən geci iyunun 13-də baş tutacaq.

Hazırda Birləşmiş Millətlər Təşkilatının 193 üzvündən 137-si Fələstini tanıyır. Bu yaxınlarda Avropa Birliyindəki İspaniya, İrlandiya, Malta və Sloveniya Fələstini tanıyacaqlarını açıqlamışdı.

Siyasət rubrikasından digər xəbərlər