Süveyş Kanalı Administrasiyasının rəhbəri Usamə Rabi verdiyi yazılı açıqlamada, "19 noyabrdan bu yana 55 gəmi Ümid burnuna yönəldilib. Lakin bu, Süveyş kanalından istifadə edən 2128 gəmi ilə müqayisədə kiçik göstəricidir” deyib.
Hafta.az-ın yazdığına görə kanalda dəniz nəqliyyatının müntəzəm olaraq davam etdiyini bildirən Rabi, Qırmızı dənizdəki gərginliyi izlədiklərini və bunun kanaldakı dəniz nəqliyyatına təsirini araşdırdıqlarını qeyd edib.
Rabi bu gün kanaldan cəmi 4 milyon ton yük daşıyan 77 gəminin keçdiyini və onların arasında Süveyş kanalından müvəqqəti olaraq başqa bir marşruta keçdiklərini açıqlayan gəmiçilik şirkətlərinin də olduğunu bildirib.
Süveyş kanalının ən sürətli və ən qısa yol olduğunu vurğulayan Rabi, başqa bir marşrutla müqayisədə bu kanaldan keçərkən Asiya və Avropa qitələri arasındakı məsafəyə qənaət nisbətinin limanlardan asılı olaraq 9 günlə 2 həftə arasında dəyişdiyini ifadə edib.
Xatırladaq ki, Yəmən ərazisindəki Husi qiyamçşıları Qırmıız dəniz sularında üzən İsraillə əlaqəli gəmiləri hədəf aldıqdan sonra dəniz daşımaları sektoru risklə üzləşib.