ABŞ-dakı Scripps Okean Elmləri İnstitutu ilə Mlli Okean və Atmosfer İdarəsi tərəfindən yayılan hesabata görə, keçən ay karbondioksid konsentrasiyası milyonda 419 parçaya çatıb.
Hafta.az xəbər verir ki, araşdırmaçılar bu göstəricinin son 63 ildə karbondioksidlə bağlı ən yüksək göstərici olduğunu açıqlayüıblar. Bildirilib ki, keçən ilin may ayında bu rəqəm 417 idi. NOAA rəsmisi Ralph Keeling deyib ki, hər il atmosferdə karbondioksidin miqdarı durmadan artdığı üçün vəziyyəti sabitləşdirmək istiqamətində önümüzdə uzun bir yol var. Koronavirus səbəbindən dünyanın qapanmalara getməsi və avtomobillərdən istifadənin azalması sayəsində keçən il karbon səviyyəsinin 7 faiz gerilədiyini açıqlayan mütəxəssislər 2021-ci ildən yenidən bu səviyyənin artacağını proqnozlaşdırır.