Son sutkada 41696 nəfərə vaksin vurulub 

17:10 14.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada 41696 nəfərə koronavirus (COVID-19) əleyhinə vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 18222 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 23474 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 4200994 COVID-19 əleyhinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2512773 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1688221 nəfərdir.