Son sutkada Qırğızıstanda COVID-19-dan 5 xəstə ölüb

12:24 15.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı günbəgün artır. Əgər dünən yoluxma sayı 330 olmuşdursa, bu gün bu rəqəm 388-dir. Pandemiya dövründə yoluxma sayı 50 min 589 nəfərə çatıb.

Hafta.az Qırğızıstan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saatda koronavirusdan 5 pasiyent ölüb və həyatını itirənlərin sayı 1099 nəfər təşkil edib.

Bildirilir ki, son 24 saatda koronavirusa 32, ümumiyyətlə isə 3 min 488 tibb işçisi yoluxub. Sutka ərzində 196, epidemiya dövründə 45 min 80 xəstənin sağaldığı bildirilir.

Oxunma sayı 830