Sosial ödənişlərin məbləği açıqlandı

11:37 27.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sosial ödənişlərə yönəldilən vəsaitlərdə artım dinamikası 2024-cü ilin 6 ayında da davam edib.

Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyindən hafta.az-a verilən məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 4 mlrd. 382 mln. manat vəsait ödənilib.

Bu da ötən ilin müvafiq dövrünə nisbətən 408,5 mln. manat və ya 10,3 faiz çoxdur.