“Space” TV-nin yayımı 3 saatlıq dayandırılacaq

17:50 27.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Audiovizual Şuranın iclası keçirilib.

Şuradan hafta.az-a verilən xəbərə görə, iclasda 15–25 aprel 2022-ci il tarixləri arasında ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının monitorinqinin nəticələri müzakirə olunub.

“Space” televiziya yayımçısının efirində 23 aprel 2022-ci il tarixdə saat 17.47-18.23 arası “Balaca qurmanlar” adlı uşaqlar üçün proqramın yayımı zamanı yerləşdirilən reklam blokunda energetik içkiyə aid çarx nümayiş etdirildiyinə görə “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1.8-ci maddəsinin tələblərinin pozulması faktı qeydə alınıb. Bu səbəbdən, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 41.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Audiovizual Şurası “Space” televiziya yayımçısının proqramlarının yayımının 05 may 2022-ci il tarixdə saat 08.00-dan 11.00-dək 3 saatlıq dayandırılması haqqında qərar qəbul edib.

Oxunma sayı 100
Media rubrikasından digər xəbərlər