SSRİ dağıldıqdan sonrakı təkqütblü dünya artıq yoxdur - Politoloq

13:28 13.09.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Demək olmaz ki, son 20 ildəki hadisələr kortəbii inkişaf edib. Təbii ki, onlara həm böyük dövlətlərin, həm də transmilli korporasiyaların müdaxilələri olub. Bunlar hamısı təbii hallardır. Və son 20 ildə dünya təkrar iki, hətta üçqütblü olubdur.

Bu fikirləri hafta.az-a açıqlamasında politoloq Ərəstun Oruclu deyib. 

Onun sözlərinə görə, SSRİ dağıldıqdan sonrakı təkqütblü dünya artıq yoxdur:

"Bunun özü də əsasən kortəbii inkişafın nəticəsidir.  Çin daha da güclənib. Rusiya 2000-ci ildən bəri özünə gəlib. Və nəticədə dünya öncə dediyim kimi, üçqütblüdür. Bu mənada, əlbəttə, son 20 ildə dəyişikliklər olub. Amma bütövlükdə dünyadakı proseslər, onun inkişafı öz dialektik xətti üzrə gedir..."