Stalinin yaşadığı ev hərraca çıxarılır 

14:55 23.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

SSRİ lideri İosif Stalinin yaşadığı ev hərraca çıxarılacaq.

 

 Bu barədə "Kommersant" qəzeti yazıb.

 

Bildirilir ki, ev Moskva vilayətində yerləşir. Stalin 1932-1934-cü illərdə orada yaşayıb.

 

Ərazinin ümumi sahəsi 38 hektardan çoxdur. "Lipki Manor" adlı bina 19-cu əsrdə inşa edilib, 1989-cu ilə qədər binada dövlət rəsmiləri qalıb.