Su quyusu qazan adam tarixi əsər tapdı

18:08 15.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İraqda evinin həyətində su quyusu qazan şəxs Assuriya İmperiyası dövrünə aid tarixi əsərlər tapıb.

Hafta.az xəbər verir ki, İraqın Səlahəddin əyalətinin Asur nahiyəsində evinin həyətində su quyusu qazan İraq vətəndaşı Asur İmperiyası dövrünə aid su qabı tapıb.

İraq mətbuatı Assuriya vilayətinin valisi Cercis İsmail Hacaba əsaslanaraq, evində qazıntı işləri aparan bir vətəndaşın eramızdan əvvəl 612-911-ci illərə aid olan Assur İmperiyası dövrünə aid böyük bir su qabı tapdığını yazıb.

Tarixi əsər mütəxəssislərinin kubu çıxarmaq üçün gəldiyini bildirən Hacab bölgədə 100-dən çox tarixi əsərin olduğunu və 2014-cü ildə terror təşkilatı DEAŞ-ın ölkənin böyük bir hissəsini işğal etməsindən sonra tarixi əsər axtarışlarının dayandırıldığını bildirib.