Sülhməramlılar Qarabağda 1960 hərbçinin cəsədini Ermənistan və Azərbaycana təhvil verib

11:00 09.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müharibədə həlak olmuş 1900-dən çox hərbçinin cəsədi Rusiya sülhməramlıları Qarabağda yerləşdirildikdən sonra Ermənistan və Azərbaycanın yerli hakimiyyət orqanlarına təhvil verilib.

 

Hafta.az-ın məlumatına görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandan müavini Rüstəm Muradov məlumat verib.

 

“Rusiyalı sülhməramlılar Ermənistan və Azərbaycanın yerli hakimiyyət orqanlarına 1960 cəsəd təhvil verib. Axtarış tədbirlərini davam etdiririk”, - deyə Muradov bildirib.

 

R. Muradov əlavə edib ki, Rusiya sülhməramlıları tərəfindən hər iki tərəfdən ölən hərbçilərin cəsədlərinin axtarış tədbirləri davam etdirilir:

 

“Həmçinin, hər iki tərəfdən 100-dən çox hərbçi əsirlikdən azad edilərək vətənlərinə qaytarılıb".

Oxunma sayı 20
Siyasət rubrikasından digər xəbərlər