“Sumqayıt” qvineyalı futbolçu transfer edib

22:19 21.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövrələrarası fasilədə transferləri davam etdirən “Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan hafta.az-a verilən məlumata görə, “kimyaçılar” son olaraq Gürcüstanın “Torpedo” (Kutaisi) klubunda çıxış etmiş qvineyalı Momo Yansane ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb. Tibbi yoxlanışdan uğurla keçən 27 yaşlı futbolçu “Sumqayıt”ın heyətində 11 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Momo Yansane karyerası boyunca “Torpedo” ilə yanaşı “Nijni Novqorod” (Rusiya), “Şerif” (Moldova), “Riyeka” (Xorvatiya) kimi klublarda çıxış edib. O, Qvineyanın U-20 və əsas yığmalarına da dəvət alıb.