Yazını böyüt
Yazını kiçilt
Sumqayıt şəhərində ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildiriblər ki, hadisə nəticəsində ev və içərisindəki əşyalar 50 kvadratmetr sahədə, yaxınlıqda, ümumi sahəsi 110 kvadratmetr olan çayxananın dam örtüyünün bir hissəsi yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin və çayxananın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.