Qonşuları onun cansız bədənini tapdılar

22:50 21.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda kişi meyiti aşkarlanıb.

Modern.az xəbər verir ki, hadisə şəhərin 48-ci məhəlləsində yerləşən mənzillərdən birində qeydə alınıb.

Məlumata görə, 50 yaşlı Sahil Paşayevin cansız bədəni qonşuları tərəfindən aşkarlanıb. Bundan sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyitə baxış keçirilib, ölümün səbəbinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertizalar təyin olunub.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. /teleqraf/