Sumqayıtda qadın dəm qazından boğularaq ölüb

12:04 03.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda 40 yaşlı qadın dəm qazından boğularaq ölüb.

APA xəbər verir ki, hadisə Yaşıldərə yaşayış massivində yerləşən fərdi evlərdən birində baş verib.

1984-cü il təvəllüdlü Nailə Qabil qızı Şükürova hamam otağında dəm qazından boğularaq ölüb.

Fakt araşdırılır.