Sumqayıtda sex yandı

18:00 25.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt şəhərində ümumi sahəsi 200 kv.m olan süngər sexinin yanar konstruksiyaları və içərisində 1 ədəd dəzgah yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Yaxınlıqdakı sexlər yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.