Sumqayıtda top mərmisi və aviabomba qalıqları aşkarlanıb - FOTO

10:08 24.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda küçədə hərbi sursat aşkar edilib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 122 mm-lik top mərmisi və 13 ədəd TAB-7 aviabombanın qırıntıları olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.