Sumqayıtın yeni transferi

10:11 17.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Sumqayıt" futbol klubu madaqaskarlı hücumçunun transferini açıqlayıb.

Klubun məlumatına görə, "gənclik şəhəri" təmsilçisi ötən ilin yayında "Səbail"dən ayrılan Aleksandr Ramalinqomu sıralarına cəlb edib. Onunla "1+1" illik müqavilə bağlanıb.

Qeyd edək ki, Ramalinqom 2023-2024-cü illərdə "Səbail"də çıxış edib.