"Ölkədə həbslər və həbslər mühiti yaratmaqda məqsəd nədir” sualına Ermənistan parlamentinin deputatı Ovik Ağazaryan belə cavab verib: “Ölkədə bu ab-havanın yaradılması onunla şərtlənir ki, potensial təhlükəli qərarların qəbulunu arxa plana keçirmək lazımdır”.
Hafta.az xəbər verir ki, bu haqda news.am məlumat yayıb.
“Təhlükəli qərarlar Sünikdən keçən yolun autsorsinqi(hər hansı bir işin kənar dövlətin şirkətinə verilməsi. Söhbət Zəngəzurdan keçən yolun ABŞ şirkətinin sərəncamına verilməsindən gedir-S.L), eləcə də qaçqınların geri qayıtması məsələsidir. Mən bu autsorsinqi çox yaxşı başa düşmürəm, ona görə də bu mövzuda ətraflı danışa bilmərəm. Bilmirəm, bu yaxşıdır, ya pis, nə və necə etmək lazımdır, bu müstəqil qurumun Türkiyənin, Azərbaycanın təsiri altına düşməyəcəyinə zəmanət haradadır. Bu halda bu, hərfi mənada suveren hüquqlardan məhrum olmaq deməkdir”, -deyə davamında Ağazaryan bildirib.
Revanşist xislətli erməni deputat sərsəmləyərək belə deyib: “Əgər hamı regionda sülh istəyirsə, o zaman yeganə düzgün həll yolu Sünik(Zəngəzur-S.L.) ərazisindən tunel qazmaqdır ki, azərbaycanlılar və türklər oradan keçsin. Bizim də haqqımız var ki, ayda bir dəfə qondarma monitorinq keçirək, anlamaq üçün onlar içəridə hansısa çirkin əməllər görmürlər ki?.. Türkiyə və Azərbaycan da regionda sülh istəyir, lakin onların sülh ideyası bizimkindən xeyli fərqlidir. Onlar istəyirlər ki, bu bölgədə erməni olmasın və sülh olsun...”