Suraxanıda ağır qəza - 2 ölü

15:58 09.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Suraxanı qəsəbəsi A.Rzayev küçəsində “KİA” və “VAZ-2107” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, martın 7-də saat 23 radələrində Suraxanı qəsəbəsi A.Rzayev küçəsində Bakı şəhər sakinləri Y.Nadirovun idarə etdiyi “KİA” və Şəhriyar Həsənovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə Ş.Həsənov və sərnişinlərindən anası Minayə Hüseynova hadisə yerində ölüb, 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.