Suraxanıda mənzildən qadın meyiti tapılıb

09:38 17.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvəllüdlü Teliyev Arif Höccət oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.