Yazını böyüt
Yazını kiçilt
Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, aprelin 3-də saat 20 radələrində Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində şəhər sakini Ramil Əliyev idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib.
Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.