Şuşa Bəyannaməsi qardaşlığa, müttəfiqliyə söykənən bir sənəddir - Arzu Nağıyev

14:40 15.06.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“2021 ci ilin 15 may tarixində Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanan Bəyannamə, "bir millət, iki dövət” prinsipindən doğan və 2 qardaş ölkə arasında olan strateji müttəfiqliyin sənədləşdirilməsi ilə münasibətlərimizin yeni müstəviyə çıxarılmasıdır”.

Bunu hafta.az-a deputat Arzu Nağıyev Şuşa Bəyannaməsinin əhəmiyyəti ilə bağlı bildirib.

Deputat Şuşa Bəyannaməsinin birdən-birə ortaya çıxmadığını deyib. Bildirib ki, Bəyannamə müvafiq köklərə, qardaşlığa, müttəfiqliyə söykənən bir sənəddir.

“Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri elə bir mərhələyə qədəm qoydu ki, artıq tək iqtisadi, siyasi deyil, eyni zamanada hər hansı dövlətin ərazi bütövlüyünə, müstəqilliyinə təhdid olarasa artıq bu istiqamətdə də mütləq addımların atılması mümükündür. Şuşa Bəyannaməsi Azərbaycanın müstəqilliyindən başlamış bu günə qədər olan münasibətlərimizin təzahürüdür. Bu dünyaya verilən mesajdır. Şuşa Bəyannaməsi eyni zamanda hərbi baxımdan da müxtəlif tədbilərin keçirilməsini, Azərbaycan ordusunun müvafiq surətdə NATO standartlarına əsasən Türkiyə ordusuna uyğun formalaşması və sair prosesləri ehtiva edir. Bundan başqa Azərbaycanın Türkiyə ilə həm Müdafiə Nazirliyi səviyyəsində və digər müdafiə-sənaye sahəsində çox mühüm addımları var.

Bu sənəd dosta da düşmənə də mesajdır. Dost sevinir, düşmən isə təəssüflənib bundan özü üçüb nəticə çıxarır. Beləliklə, Şuşa Bəyannaməsi təhlükəsizliyini təmin edəcək, ölkələrimizin hərbi qüdrətinin artırılması da bu sənədlərdə öz əksini tapıb. Hər hans hərbi təhdid olarasa bu iki qardaş dövlət bir-birinuin yanında olacaq”.

Oxunma sayı 190