Şuşa və Hadrutdan köçmüş 300 erməni ailəsinə Xankəndində EV VERİLƏCƏK

19:00 18.01.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“2021-ci ilin sonunda “Hayastan” ümumerməni fondunun Qarabağda həyata keçirdiyi genişmiqyaslı mənzil proqramı çərçivəsində 100 köçkün ailəyə ev verilib”.

Hafta.az xəbər verir ki, bunu  Qarabağdakı separatçı erməni nəşrləri yazıb.

Məlumata görə,  Xankəndi şəhərinin Tumanyan küçəsində salınmış yaşayış massivinin bir hissəsi istifadəyə verilib. Binalardakı mənzillərə  Azərbaycan ordusunun 44 günlük müzəffər savaşı nəticəsində  Hadrut və Şuşadan köçmüş erməni ailələri köçəcək.

Yanvar ayının sonuna kimi Xankəndindəki yeni tikilmiş evlərə ümumilikdə 300 köçkün erməni ailəsinin köçəcəyi bildirilir.

Siyasət rubrikasından digər xəbərlər