“Şuşanın təhlükəsizlik sistemləri sahəsində dizayn təcrübəmizi təklif edirik” – Qazaxıstanlı iş adamı

16:20 02.02.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan ordusu vətən torpaqlarını işğaldan azad etdi. İndi isə bu ərazilərin minalardan təmizlənməsi və sonra da tikinti-bərpa işlərinə start veriləcək. Əslində, artıq bu prosesə başlanılıb, ərazilərin minalardan təmizlənməsi ilə yanaşı yollar salınır, zəruri iqtisadi-dayaq mənbələri tikilir, hətta Füzulidə beynəlxalq hava limanı inşa olunur. Özü də bütün bu işlərə xarici, xüsusilə də Azərbaycanla dost ölkələrin şirkətləri cəlb edilib və ya edilir. Quruculuq prosesində iştirak etmək istəyən ölkələrdən biri də dost Qazaxıstandır.

Bizimlə söhbət edən qazaxıstanlı iş adamı Kuanış Kalijanov Hafta.az-a müsahibəsində deyir ki, işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirak etməyə hazırdır və Azərbaycan hökumətinə “Smart City” sistemlərinin yaradılması ilə bağlı Qazaxıstanın təcrübəsini təklif edirlər. O, Azərbaycanda xarici şirkətlər üçün yaradılan asan iş şəraitini diqqətə çatdıraraq, bütün sərmayədarları ölkəmizə dəvət etdi:

- Uzun müddətdir ki, Almaniyanın "Thyssenkrupp elevator" konserninin liftlərinin quraşdırılması layihəsinin icrası çərçivəsində Bakıdayam. Böyük bir tikinti şirkəti üçün layihə həyata keçiririk. Burada müəyyən edilmiş standartlar, reqlamentlər, qaydalar adi tikintidən daha yüksəkdir. Biz, Azərbaycan layihəsi üzərində Türkiyə şirkəti ilə işləyən Rusiya bölməsinin timsalında alman konsernin Azərbaycan filialı olaraq, çoxqütblü, çox vəzifəli və çoxşahəli şəraitdə işləmək məcburiyyətindəyik. Bu şəraitdə yerli gömrük, vergi qanunvericiliyini, mühasibat və hesabat sistemlərinin xüsusiyyətlərini ana şirkətimizin və müştərinin şirkətinin tələb və standartları ilə düzgün ahəngləşdirmək lazımdır. Bəzən tikinti cizgilərin, bina kodlarının və parametrlərinin unifikasiyası səy və vaxt istəyir, quraşdırma texnologiyalarını hərfi mənada ayaq üstdə dəyişdirməyə məcbur edir. Bu işdə azərbaycanlı mütəxəssislərin böyük xidmətləri və köməyi var. Quraşdırıcılar heyəti tamamilə yerli işçilərdirdən ibarətdir, uşaqlar çalışqan və vicdanlıdırlar. Ümumiyyətlə, Azərbaycanda biznesi qeydiyyatdan keçirmək çətin deyil. Dünya Bankının hesabatlarına əsasən tərtib edilən “Doing Business” reytinqinə görə, Azərbaycan Gürcüstan və Özbəkistandan sonra ölkələrin sıralamasında ilk onluqdadır. ASAN xidmət vasitəsi ilə dövlət xidmətləri göstərilməsi sistemdən, karantin şəraitində icazə və SMS icazələrin avtomatlaşdırılmasından da məmnun qaldım.

- Qazaxıstanla Azərbaycan arasında ticarət-iqtisadi münasibətlərin indiki vəziyyəti necədir? Sizcə, ticarətin inkişafı üçün nələr etmək lazımdır?

- Birincisi, potensial imkanları nəzərə alsaq, son illərdə 200 milyon dollarlıq ticarət dövriyyəsi, ölkələrimiz üçün çox deyil. Xarici ticarət dövriyyəsi bir milyarda çatdırıla bilər və bu realdır. İkincisi, ölkələrimizin iş adamları bir-birlərinin imkanlarını barədə zəif biliklərə sahibdir. Ümid edirəm Qazaxıstanda və Azərbaycanda açılan Ticarət Evləri ölkələrimizin sahibkarlarını bir-birinə yaxınlaşdırmaq üçün planlarını həyata keçirə biləcəklər. Üçüncüsü, Qazaxıstanın Gömrük İttifaqı çərçivəsində öhdəlikləri Azərbaycanda ticarət və investisiya azadlığını məhdudlaşdırmamalıdır. Dördüncüsü, qarşılıqlı ticarətdə disbalans var və ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi - təxminən 80 faizi Qazaxıstan buğdasının, neft məhsullarının, bəzi neft və qaz mühəndisliyi növlərinin ixracından ibarətdir; Azərbaycanın Qazaxıstana ixracatı isə 20-40 milyon dollar təşkil edir. Beşincisi, ticarətlə yanaşı Azərbaycanda qazax şirkətlərinin və Qazaxıstandakı Azərbaycan şirkətlərinin iştirakı ilə layihələrin qiymətləndirilməsi maraqlıdır. Köhnəlmiş və dövrü keçmiş stereotipləri qırmaq lazımdır. Biz, qazaxistanlılar, aydın başa düşməliyik ki, indi azərbaycanlı inşaatçılar, xüsusilə də yüksək seysmik aktivliyi olan ərazilərdə necə yaxşı tikinti aparmağı bilirlər. Məsələn, Nur-Sultanda “Caspian Service” şirkəti Azərbaycan layihələri əsasında bir neçə yaşayış kompleksi tikib. Mənim doğma Aktobe vilayətində tanınmış Azərbaycan şirkəti “AzVirt” yolların tikintisində iştirak edir. Artıq hamı bilir ki, Azərbaycanda pilotsuz uçan aparatlar yığılır. Azərbaycan Qazaxıstan üçün ekzotik sayılan meyvə və tərəvəzləri yetişdirməyə imkan verən doqquz iqlim tipi olan misilsiz ölkədir. Azərbaycan sənayesinin imkanları haqqında sonsuz danışmaq mümkündür. Qazaxıstan da öz növbəsində azərbaycanlıların kifayət qədər yaxşı bilmədiyi ağır və neft mühəndisliyi, heyvandarlıq, qoyunçuluq, kimya sənayesi və digər qədim ənənələrinə malikdir. Bir-birimizi tamamlaya bilmək üçün bir-birimizi mütəmadi şəkildə tanımalıyıq, bir-birimizə daha tez-tez baş çəkməliyik, vergi və gömrük qanunvericiliyi, sığorta, pensiya sistemlərini uyğunlaşdırmalı, standart və qaydaları birləşdirməliyik. Ölkələrimiz arasındakı inzibati və digər maneələrin aradan qaldırılması üçün işləmək lazımdır.

- Bildiyiniz kimi, ötən il Azərbaycan üçün tarixi olub - ölkə çoxdan gözlənilən ədaləti və ərazi bütövlüyünü bərpa edib. Artıq azad edilmiş ərazilərdə bərpa işlərinə başlanılıb. Qazaxıstan şirkətlərinin də bu prosesdə iştirak etməyə dəvət olunduğunu bilirik. Qazaxıstan biznesinin nümayəndəsi olaraq, Qarabağın bərpasında iştirak etməkdə maraqlısınız və bu gün nə təklif edə bilərsiniz?

- Azərbaycan xalqını qələbə və torpaqlarının azad edilməsi münasibətilə təbrik etməkdən şadam! Həlak olan şəhid ailələrinə başsağlığı verirəm. Təsadüfən tarixi hadisələrin şahidi oldum. Bulvara yaxın yaşayırdım və hər şey gözümün qabağında oldu. Avqustda, səhər saat 5-də qərb tərəfə doğru irəliləyən hərbi texnikanın gurultusu məni oyatdı. Qurtuluş müharibəsi 27 sentyabrda başladı, Şuşa 8 noyabrda azad edildi və 10 noyabr, səhər saat 4-də bütün Bakı sevinc içində idi: zəfər qazanıldı və 10 dekabrda Zəfər paradı keçirildi. İşğaldan azad olunan ərazilərdə çəkilən videolara baxarkən Azərbaycanın bu torpaqları bərpa etmək üçün görəcəyi çox böyük işlər barədə düşündüm. Aydındır ki, biz qardaş xalqlar bu işdə kənara qalmamalı idik. Mən Qazaxıstanın Azərbaycandakı Səfirliyinə şirkətimin azad olunmuş ərazilərin bərpasında Qazaxıstanın tərəfdaş şirkətləri ilə iş birliyi çərçivəsində iştirak etməsi ilə bağlı təkliflərdən ibarət məktub göndərdim. Realist olmaq lazımdır: Türkiyənin Azərbaycanın azad edilmiş ərazilərinə yaxınlığı və inşaat sahəsindəki səlahiyyətləri danılmazdır. Bu səbəbdən ciddi şəkildə irəli getdiyimiz sahələrdə öz səlahiyyətlərimizə və təcrübələrimizə əsaslanmalıyıq: iqtisadi sahələrin rəqəmsallaşdırılması, o cümlədən yerin məsafədən zondlama kosmik sistemləri, geoinformasiya texnologiyaları, bərpa olunan enerji mənbələri. Bundan əlavə, Qazaxıstan biznesinin informasiya texnologiyaları, təhlükəsizlik və “Smart City” (Ağıllı Şəhər) konsepsiyası sahəsində rəqabət imkanları barədə ətraflı danışdım. Yeri gəlmişkən, bu barədə tapşırıqları bu il yanvarın 26-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevə səsləndirib: “... Şəhərlər və kəndlər azad edilmiş ərazilər “smart-city”, “smart-village”, yəni “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalıdır”. Bu sahədə rəqabətə davamlı və gərəkli ola bilərik. İlkin mərhələdə mühəndislik və dizayn işləri üçün metodoloji zəmin yaradacaq texnologiyalardan və rəqəmsal həllərdən istifadənin çox vacib olduğunu yaxşı bilirik. Qazaxıstanda seysmik zonalarda hidravlik, enerji və mülki tikililərin dizaynı və inşası sahəsində çox nüfuzlu dizayner, mühəndis məktəbi var. Bundan əlavə, Smart City - Ağıllı Şəhərin yaradılması, geoskanlaşdırma, mühəndis kommunikasiyaları bazasının yaradılması və onların monitorinqi üçün rəqəmsal həllərdə təcrübə qazanılıb. Bununla əlaqədar, Azərbaycan Hökumətinə Qazaxıstanın “Smart City” - Ağıllı Şəhər sistemləri yaratmaq təcrübəsi ilə tanış olmaq və nəzərdən keçirtmək təklif etməyi məqsədəuyğun gördük. Bu çərçivədə, Smart City - Ağıllı Şəhər yaradılması sahəsində təkliflərimizi nəzərdən keçirib işğaldan qurtarılan ərazilərin bərpası üçün sosial-iqtisadi konsepsiya layihəsinə əlavə olunmasını xahiş edirik.

- Məsələn, digər ölkələrin şirkətlərindən fərqli nələri təklif edirsiniz?

- Şuşa şəhərinin inkişafı üçün keçiriləcək tədbirləri nəzərə alaraq, şəhər və strateji obyektlər üçün təhlükəsizlik sistemləri sahəsindəki dizayn təcrübəmizi nəzərdən keçirməyi təklif edərdik. Bu konsepsiya şəhərin və bölgənin intellektual video müşahidə və cavab tədbirlərinə əsaslanan inteqrasiya olunmuş əməliyyat idarəetmə sistemini əhatə edir. Bura insan və nəqliyyat vasitələrinin skan edilməsi üçün avadanlıq sistemləri, termal kameralar, intellektual video nəzarət, üz tanıma sistemləri, giriş nəzarəti və idarəetmə sistemləri, hadisələrin təhlili və sair daxildir. Ölkənin təhlükəsizliyini izləmək üçün vacib vasitə kompleks hava, su və torpaq keyfiyyətinə nəzarət sistemidir. Sistem onlayn olaraq saatlıq yeniləmələrlə ölkənin və bölgənin ətraf mühitinin çirklənməsi (yoluxması) xəritəsini yaratmağa imkan verir. Əməliyyat idarəetmə mərkəzi gizli texnogen və terror təhdidlərini davamlı izləmək və cavab vermək qabiliyyətinə malikdir. Digər mühüm istiqamət, yeraltı, yer üzərindəki və yerüstü rabitə və infrastrukturu əhatə edəcək Geoportal sisteminin, yaxud da şəhərin rəqəmsal xəritəsinin yaradılmasıdır. Bu, bərpa tədqiqatı, dizayn və tikinti-quraşdırma işlərinin başlanğıcından etibarən hər bir obyektin rəqəmsal pasportunu və bütövlükdə şəhərin rəqəmsal xəritəsini formalaşdırmağa imkan verəcək. Növbəti mərhələ şəhərin 3D layihəsinin hazırlamasıdır. Smart City – Ağıllı Şəhər konsepsiyasına nəqliyyat blokları, mənzil-kommunal xidmətləri, vətəndaşların müraciətləri, tibbi xidmətlərin təşkili, rəqəmsal dəfn etmə tətbiqi, şəhər nəqliyyat vasitələrinin monitorinqi, turizm, təhsil və sair daxildir. Hamısı birlikdə şəhərin idarə edilməsi və sakinlərinin təhlükəsizliyi üçün böyük imkanlar yaradır.

- Burada olduğunuz iki ildə Azərbaycanın digər bölgələrini gəzib, iş qurmaq üçün yeni imkanlar aradınızmı?

- Əlbəttə. Azərbaycanda turizm əhəmiyyətli dərəcədə iş yeri mənbəyi və ayrıca bir sahəyə çevrilə bilər. Burada turizmin rəqəmsallaşdırılması, marşrutların və görməli yerlərin vizuallaşdırılması üçün imkanlar var. Şamaxı Astrofizika Rəsədxanasına baş çəkəndə hava və günün vaxtı teleskopla ulduzları müşahidə etməyə imkan vermədi. Ora mənim kimi çox sayda turist gəlir və çox vaxt mənim kimi təəssüflənərək qayıdır. Fikrimcə, Nəsirəddin Tusi özü öz məlumat bazasından istifadə edərək burada bir planetariya tikməyi əmr edərdi. Yeri gəlmişkən, onsuz da tarixi olan teleskopların müasirləşdirilməsinə baxmayaraq, biz birlikdə rəsədxananın rəqəmsallaşdırılmasından başlayaraq unikal planetariy avadanlıqlarına qədər yeniləmə proqramını hazırlaya bilərik. Qazaxıstanda Okeanarium, Cəngəllik və digər sahələri əhatə edən əyləncə kompleksinə rəhbərlik edirdim. Yeri gəlmişkən, Nur-Sultandakı Okeanarium dənizdən ən uzaq bu cür obyekt olması ilə unikaldır. Təbii ki, sual məni maraqlandırdı, Bakıda, dəniz şəhərində Okeanarium varmı? Nəhayət, çöllərdə bizim üçün böyük bir xərc maddəsi, onlarla ton dəniz duzu aldığımız dəniz suyunun hazırlanması idi. Bakıda dəniz suyunu hazırlamaq üçün yalnız təmizlənməsi lazımdır. Bildiyim qədər Okeanarium layihəsi Moskvada, Krasnoqorskda Crocus Group tərəfindən həyata keçirilib. Sayta baxdıqda, əla layihədir, investorlar çox şey qazandılar və ən əsası “entertainment”  əyləncə formatı gündəmə gəldiyi bir vaxtda riteylin yeni reallığında bu layihənin necə daha da inkişaf edə biləcəyini görürəm. Bakının şəhər təsərrüfatı metro və liftlər daxil olmaqla nəqliyyat kommunikasiyaları və mexanizmlərini özündə cəmləşdirən çox mürəkkəb bir orqanizmdir. Güclü rejimdə işləyən və aşınmaya məruz qalan avadanlıqlar üçün monitorinq sisteminin rəqəmsallaşdırılması böyük əhəmiyyət kəsb edir. Təmir siqnallarına cavab verməkdən mexanizmlərin, avadanlıqların aşınmasının və sıradan çıxmasının qarşısını almaq lazımdır. Bunun üçün hər bir mexanizmin istehsalından son yağ dəyişikliyinə qədər maksimum detallara qədər rəqəmsal tarixçəsi gərəklidir. Belə bir ideya sifarişlər üçün kağız daşıyıcısından, mexanikdən tutmuş birinci rəhbərədək planşetə və smartfona ötürülməlidir. Ağıllı şəhərin və ya ağıllı kəndin əsl sahibi planşetində bütün rabitə, şəhərin 3D layihəsi, video təhlil və üz tanıma sistemi olan istənilən video kameraya giriş əldə edəcək. Şəhər sahibi dərhal risklər və təhdidlər haqqında məlumat almalı və dərhal cavab verməlidir.

 

Oxunma sayı 3826