Tacikistan və Türkiyə ticarət dövriyyəsini 1 milyard dollara çatdıracaq

17:50 10.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavqi Zavqizoda və Türkiyənin ticarət naziri Mehmet Muş ölkələr arasında 2023-2025-ci illər üçün ticarət dövriyyəsinin artırılmasına dair yol xəritəsi imzalayıblar. Azad iqtisadi zonalarda əməkdaşlığa dair memorandum da imzalanıb.

“Bu aktlar ikitərəfli ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq və Türkiyə kapitalını cəlb etmək məqsədi daşıyır”, - nazirlik vurğulayıb.

Tacikistanda mövcud imkanlar və Türkiyənin investisiyaları nəzərə alınmaqla, tekstil məmulatlarının istehsalı, alüminium, yun və dəri emalı, meyvə-tərəvəz, qida məhsulları, yuyucu vasitələr istehsalı üzrə birgə sənaye müəssisələrinin yaradılması nəzərdə tutulur.

2017-ci ildən etibarən Ankara və Düşənbə dəfələrlə ikitərəfli ticarətin həcmini 1 milyard dollara çatdırmaq niyyətində olduqlarını bəyan ediblər.