Tacikistanda oxumaq istəyənlər üçün proqram elan edildi

13:05 30.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tacikistanın Təhsil və Elm Nazirliyi 2020-2021-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.

Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan edilən təqaüd proqramı çərçivəsində tədris rus dilindədir.

Təqaüd proqramına müraciət etmək istəyən iddiaçılar Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az) müraciət etməlidirlər. Son müraciət tarixi 31 may 2020-ci ildir.